Modern.az

İctimai Palatanın gəncləri Bakıda etiraz aksiyası keçirəcək

İctimai Palatanın gəncləri Bakıda etiraz aksiyası keçirəcək

Təhsil

14 Noyabr 2011, 13:05

İctimai Palatanın gəncləri noyabrın 15-i saat 14:00-da Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirəcək. Piketin tələbləri 2 aprel aksiyasına görə tutulanların azadlığa buraxılması və sərbəst toplaşmaq azadlığının təmin olunmasıdır.

İctimai Palatanın üzvü, müsavatçı Mustafa Hacıbəyli noyabrın 14-də “Media forum” saytına bildirib ki, meriya rədd cavabı versə də, piket qərarı qüvvəsində qalır: “İctimai Palatanın, Müsavat və Xalq Cəbhəsi partiyalarının strukturlarında aksiyaya hazırlıq gedir. Noyabrın 15-də Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton Bakıya səfərə gəlir. Biz bu aksiya ilə beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda siyasi məhbuslar və sərbəst toplaşmaq azadlığı problemlərinə yönəltmək istəyirik”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama