Modern.az

Hansı deputatın işi sizi qane edir? - V SORĞU

Hansı deputatın işi sizi qane edir? - V SORĞU

14 Noyabr 2011, 13:36


2010-cu ilin 7 noyabr seçkiləri nəticəsində formalaşan dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyət göstərməsinin 1 ili tamam olur. Geridə qalan bu 1 il kifayətdir ki, parlamentin işini yaxından izləyən ictimaiyyət nümayəndələrinə, o cümlədən seçicilərə deputatların fəaliyyətinə qiymət verə bilsinlər. Bu müddət ərzində parlamentdə təmsil olunan 125 deputat arasında aktiv fəaliyyət göstərən, seçicilərilə müntəzəm görüşlər keçirən, tez-tez seçicilərinin və ümumən ölkənin problemlərini qaldıran millət vəkilləri də olub, iclaslarda susub danışmayan, müzakirələrə qatılmayan, qanun layihələrinə və digər məsələlərə münasibət bildirməyən, yalnız gündəliyə çıxarılan sənədə səs verməklə kifayətlənən mandat sahibləri də.

Modern.az parlamentin işini yaxından izləyən portal olaraq dördüncü çağırış Milli Məclis üzvlərinin fəaliyyətilə bağlı sorğunu davam etdirir. Sorğu müddətində hər həftə 15 deputatın adını təqdim edib oxucularımızı onların fəaliyyyətinə qiymət verməyə dəvət edirik.

Beləliklə, “Aşağıdakı hansı deputatın işi sizi qane edir” sualını cavablandırmaqla sorğuya qatıla bilərsiniz. Sorğuda iştirak etmək üçün Modern.az saytının əsas səhifəsindəki "Sorğular" bölməsində qeyd olunan cavablardan birini seçmək olar.

Artıq soyadları əlifba sırası üzrə ilk 60 deputatla bağlı sorğunu yekunlaşdırmışıq. Sırada yenə əlifba sırası ilə beşinci “15-lik”dir. Aşağıdakılardan kimin fəaliyyətini bəyənirsiniz?

1. Fəzail İbrahimli
2. Eldar İbrahimov
3. İlyas İsmayılov
4. İmamverdi İsmayılov
5. Xanhüseyn Kazımlı
6. Mirkazım Kazımov
7. Azər Kərimli
8. Sahibə Qafarova
9. Musa Qasımlı
10. Əsabil Qasımov
11. Flora Qasımova
12. Çingiz Qənizadə
13. Fərhad Qəribov
14. Musa Quliyev
15. Azay Quliyev

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı