Modern.az

BDU-da II Respublika elmi-metodiki konfransı başlayıb

BDU-da II Respublika elmi-metodiki konfransı başlayıb

Təhsil

14 Noyabr 2011, 14:03

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları” mövzusunda II respublika elmi-metodiki konfransı öz işinə başlayıb.

Konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov müasir dövrümüzdə elm və təhsil sahəsində olan problemlərdən və onların həlli yollarından danışıb. Prezident İlham Əliyevin bu sahələrin inkişafı məqsədilə verdiyi sərəncamların əhəmiyyətini xüsusilə qeyd edən rektor tədris müəssisələrində inkişaf metodunu yaxşılaşdırmagın yollarından da bəhs edib. Bildirib ki, bunun üçün ilk növbədə, mühiti düzgün formalaşdırmaq, Avropa mühitini ali təhsil müəssisələrimizə gətirmək lazımdır.

Tədbirdə “Gənc istedadlar liseyi”nin fəaliyyətindən bəhs edən slayd-şou göstərilib.

Sonra Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov “Ümumtəhsil məktəblərində təlimin keyfiyyətini yüksəltməyin mühüm şərtləri”, liseyin müəllimi Gülşən Əliyeva isə “BDU nəzdindəki “Gənc istedadlar” liseyində Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisi təcrübəsindən” mövzusunda məruzələr ediblər.

Konfrans iki gün davam edəcək.


Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama