Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, noyabrın 13-də Sumqayıt şəhər sakinləri Sura Mirzəyeva, Sədaqət Həsənova və onun oğlu 12 yaşlı Hikmət, Şakir Ağakişiyev, Mehman Nuriyev, Əfsanə Salahova, Məlahət İsmayılzadə və Səlimə Abbasova öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Noyabrın 12, 13 və 14-də isə Abşeron rayon sakinləri Əhməd Şirinov, Ülkər Əliyeva, Aygün Səlimova və Ramil Bağırov öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onların vəziyyətləri orta-ağırdır.
Modern.az