Modern.az saytı xəbər verir ki, “Azərbaycan Respublikasinın 2012-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üçün nəzərdə tutulan maliyyə vasaitinin məbləği təxminən builki qədər nəzərdə tutulub.
Belə ki, 2012-ci ilin büdcə zərfində ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədilə dövlət büdcəsində 2 milyon 808 min 960 manat manat vəsait nəzərdə tutulub.
Müqayisə üçün bildirək ki, 2011-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına büdcədən 2 milyon 766 min 324 manat vəsait ayrılmışdı.
2010-cu ildə isə Şuraya dövlət büdcəsindən 2.8 milyon manat vəsait ayrılıb. Bu rəqəm 2009-cu ildə 2 milyon manat idi.
Modern.az