Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci il maliyyə yardımı müsabiqəsinin mövzularını və qaydalarını müzakirə edib.
Bu barədə Modern.az-a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən məlumat verilib.
Qurumdan bildirilib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası konsepsiyasına əsasən, 2012-ci ildə ilk növbədə aşağıdakı sahələr üzrə QHT-lərin təqdim edəcəkləri layihələrə üstünluk verəcək.
1.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi;
2. Qaçqın və məcbüri köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və məhkəmə orqanlarında müdafiə edilməsi;
3. Məcburi köçkünlərlə bağlı məsələlərin təbliğ edilməsi;
4. Azərbaycançılıq ideyasının təşviq edilməsi;
5. Azərbaycanın dünya birliyinə inteqrasiya olunması;
6. Beynəlxalq təşkilatlarda və xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökümət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi;
7. Vətəndaş mədəniyyətinin formalaşdırılması;
8. Vətəndaşların hüquqi biliklərinin inkşaf etdirilməsi;
9. İnsan hüquq və azadlıqlarının təbliğ olunması;
10. Söz, fikir və iradə azadlıqlarının genişləndirilməsi;
11.Regionların sosial-iqtisadi inkşafının təmin edilməsi;
12. Təhsil, elmi-texnika, mədəniyyətin və incəsənətin inkşaf etdirilməsi;
13. Ətraf mühitin mühafizəsi;
14. Uşaq, qadın və gənclərin sosial, fiziki və mənəvi inkşafı;
15. Əhalinin sağlamlığının qorunması.
Qurumdan bildirilib ki, bu mövzülar faktiki olaraq ictimai həyatın bütün sahələrini əhatə edir.
Modern.az