ABŞ Dəniz Qüvvələri katibi Rey Meybas (Ray Mabus) noyabrin 20-21-i Azərbaycana səfər edəcək. Səfər zamanı Meybas Azərbaycan hökumət rəsmiləri ilə görüşlər keçirəcək və ABŞ – Azərbaycan arasında təhlükəsizlik sahəsindəki əməkdaşlığı müzakirə edəcək.
Bu barədə Modern.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirlib ki, müdafiə katibinin tabeliyində olan, baş icraedici rəhbər kimi Dəniz Qüvvələri katibi Dəniz Qüvvələri Departamentinin bütün işlərini aparır. Dəniz Qüvvələri Departamenti iki Formalı Xidmətdən ibarətdir: ABŞ Dəniz Qüvvələri və ABŞ Dəniz Korpusu. Dəniz Qüvvələri katibi milli təhlükəsizlik siyasətinə və Prezident və ya müdafiə katibi tərəfindən qoyulmuş məqsədlərə uyğyn olaraq siyasətlərin və proqramların təşkilinə və icrasına cavabdehdir.
Modern.az