Modern.az

Seçiciləri qəbul edən deputat: “Bütün məsələlər diqqət mərkəzində olacaq” (FOTOLAR)

Seçiciləri qəbul edən deputat: “Bütün məsələlər diqqət mərkəzində olacaq” (FOTOLAR)

Təhsil

16 Noyabr 2011, 15:23

Səbail rayonu 29-cu seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradov Milli Məclisin qəbul otağında seçiciləri qəbul edib. Deputat seçiciləri narahat edən məsələlər və problemlərlə tanış olub.

Deputatın qərargahından Modern.az-a verilən məlumata görə, bu qəbulda da seçicilər özlərinin müxtəlif problemləri, şikayətləri ilə müraciət ediblər. Müraciətlər arasında müharibə veteranı olan seçicinin təqaüd məsələsi, mənzilin qeydiyyatı, iş yerinin dəyişdirilməsi, sosial, hüquqi məsələlər yer almışdı.  

Millət vəkili öz seçicilərini dinləyib. Bildirilən məsələlərlə bağlı müvafiq işlərin görüləcəyini bildirib. Millət vəkili qeyd edib ki, bütün məsələlər diqqət mərkəzində olacaq.

Seçicilər qəbul edilib dinlənildikdən sonra onların müvafiq ərizələri götürülərək aidiyyatı orqanlara ünvanlanması ilə bağlı millət vəkili öz göstərişlərini verib. Bəzi vətəndaşların problemlərini yerində həll olunması üçün müəyyən tədbirlər görülüb.




Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama