Modern.az

Vəzifəli şəxslər ictimaiyyətə gəlirlərinin hesabatını verməlidirlər - Təkliflər

Vəzifəli şəxslər ictimaiyyətə gəlirlərinin hesabatını verməlidirlər - Təkliflər

16 Noyabr 2011, 15:41


“Konstitusiya” Araşdırmalar Fondu Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirilən “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılıq mexanizmlərinin yaradılması və onun ictimai vəkillik kampaniyasının aparılması” layihəsi çərçivəsində  noyabrın 14-də Minəçevir şəhərində, 15-də isə “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı ” mövzusunda seminar keçirib. Seminarlarda dövlət qulluqçuları, QHT nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər. Seminarlarda “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev  “Gəlir deklarasiyalarının təqdim edilməsi:  beynəlxalq təcrübə və  milli qanunvericilik” mövzusunda təqdimatla çıxış edib.  O, gəlir bəyyanamələri ilə əlaqədar beynəlxalq alət və təşəbbüslər, gəlir bəyyannamələrinin tətbiqi və tənzimlənməsi üzrə beynəlxalq təcrübə, gəlir bəyannamələrinin subyektləri, təqdim edilmə intervalı, tətbiqi ilə əlaqədar sanksiyalar, gəlir bəyannamələri hansı məlumatları əhatə etməli olması, ictimaiyyətə açıqlanması üzrə tələblərlə bağlı bilgi verib.

Həmçinin, beynəlxalq təcrübə əsasında “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən hazırlanmış “Maliyyə xarakterli məlumatlar haqqında Bəyyannamə”  formasının, Bəyyannamənin təqdim edilmə qaydalarının layihələrini təqdim edib. Eyni zamanda “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları təqdim etməsi prosesinin, mexanizm və prosedurların təkmilləşdirilməsi məqsədilə hazırlanmış qanunvericiliyə əlvə də dəyişikliklər barədə də seminar iştirakçıları məlumatlandırılıb.

Ə,Nuriyev bildirib ki, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli Qanunu ilə “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları” haqqında (bundan sonra “Qaydalar”) təsdiq edilib. Lakin bu günə kimi Nazirlər Kabineti tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi üzrə bəyannamə forması hazırlanmayıb.

“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən hazırlanmış “Maliyyə xarakterli məlumatlar haqqında Bəyyannamə”  formasının layihəsində vəzifəli şəxslərin əmək haqqı, dividentlər, hədiyyələr, qiymətli kağızlardan gəlir, əmanətlərdən gəlir, elmi fəaliyyətdən gəlir, pedaqoji fəaliyyətdən gəlir, yaradıcılıq fəaliyyətindən gəlir, miras, qonorarlar, pensiya, sosial müavinət, slimentlər, icarə gəlirləri, əmlak satışından gəlirlər, ödənilmiş borclar, digər gəlirlər, həmçinin vergitutma obyekti olan əmlakı, bəyannamə təqdim edən şəxslə birgə yaşayan valideynlərin vergitutma obyekti olan əmlakı, bəyannamə təqdim edən şəxslə birgə yaşayan uşaqlarının cəm halında  vergitutma obyekti olan əmlakı, kredit təşkilatlarında əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri, şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı, şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu, şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim etmələri nəzərdə tutulub.

“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həmçinin,  vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsini tənzimləyən qanunverciliyin təkmilləşdirilməsi ilə bağlı təkilflər hazırlanıb. Fond maliyyə xarakterli məlumatların bir orqan tərəfindən qəbul edilməsi, bu orqana maliyyə xarakterli məlumatların düzgünlüyününun yoxlanılması, pozuntu halları aşakar edildikdə sanksiyalar tətbiq edilməsi, onun müvafiq maddi-texniki  baza ilə təmin olunmasını təklif edir.

Fondun hazırladğı təkliflərdə sırasında siyası vəzifə  və seçkili vəzifə tutan, Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və azad edilən, Milli Məclis tərəfindən vəzifəyə təyin və azad edilən edilən vəzifəli şəxslərin təqdim etdiyi maliyyə xarakterli məlumatlar barədə məlumatın açıqlanması nəzərdə tutulur. 

Fondun ekspertləri hesab edirlər ki, vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların qəsdən təqdim edilmədiyi, səhv təqdim  halda adekvat sanksiyaların (inzibati, mülki və cinayət məsuliyyəti) tətbiq edilməsi zəruridir. Bu vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi institununun daha səmərəli fəaliyyət göstərməsini şərtləndirən əsas amillərdən biridir. 

Bu təkliflər bütün maraqlı tərəflərin təkliflər də nəzərə alınmaqla müvafiq dövlət qurumlarına təqdim ediləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal