Qəbələ" klubunun ingiltərəli baş məşqçisi Toni Adams tutduğu postdan istefa verib.
Modern.az-ın məlumatına görə, bu xəbəri klubun mətbuat xidməti yayıb.
"Toni Adams "Qəbələ"dən gedişini belə izah edib: "Mən Qəbələyə böyük iddiaları olan futbol klubu yaratmağa və təcrübəmi bölüşməyə gəlmişdim. Burada həqiqətən də çox dəyərli vaxt keçirdim və ümid edirəm ki, gələcək üçün lazım olacaq bünövrəni qoya bildim. Ancaq təəssüf ki, ailə vəziyyətimlə əlaqədar, “Qəbələ” klubunu tərk etmək məcburiyyətindəyəm".
Qeyd edək ki, “Qəbələ” cari mövsüm Premyer Liqada keçirdiyi 12 oyundan sonra 15 xal toplayıb.
Toni Adams 18 ay öncə "Qəbələ"yə klubun prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun dəvətiylə gəlmişdi.
Modern.az