Modern.az

Vahid Əhmədov rusca danışanlara irad bildirdi

Vahid Əhmədov rusca danışanlara irad bildirdi

Parlament

17 Noyabr 2011, 13:45

Bu gün Atatürk Mərkəzində  Qazaxıstan Prezidenti Nursultan Nazarbəyovun Azərbaycan dilində tərcümə olunan “Qazaxıstan Yolu” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə millət vəkilləri, Qənirə Paşayeva, Əsabil Qasımov, Aqil Abbas, Fərəc Quliyev, Gövhər Baxşəliyeva, Elmira Axundova, Qazaxıstanın Azərbaycandakı səfiri, digər xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştrak ediblər.
Modern.az-ın məlumatına görə, tədbirdə xarici diplomatların olduğunu nəzərə alan bəzi şəxslər, o cümlədən bir sıra deputatlar rus dilində çıxış ediblər.

Millət vəkili Vahid Əhmədova söz verəndə deputat rus dilindəki çıxışlara öz iradını bildirib. V.Əhmədov tədbirə qatılan xarici ölkələrin diplomatlarını özlərilə tərcüməçi gətirməməkdə qınayıb.

“Mən hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklərin rəhbərləri ən azından Azərbaycan dilini bilməlidirlər. Əgər bilmirlərsə, tədbirlərə gedəndə özlərilə tərcüməçi aparsınlar”.
Vahid Əhmədov çıxışını rus dilində deyil, Azərbaycan dilində edib.


Mali Ağaxanov  

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR