Modern.az

İşıqpulu borcu olanlara XƏBƏRDARLIQ: “Dekabrın 25-dən elektrik enerjisi dayandırılacaq”

İşıqpulu borcu olanlara XƏBƏRDARLIQ: “Dekabrın 25-dən elektrik enerjisi dayandırılacaq”

Aktual

20 Dekabr 2018, 13:05

“Azərişıq” ASC elektrik enerjisinə görə borcu yaranmış abonentlərə xəbərdarlıq edib.

Qurumdan Modern.az-a bildirilib ki, debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 25 dekabr 2018-ci il tarixində saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

           
“Azərişıq” ASC  bir daha xəbərdarlıq edir ki, borca görə elektrik enerjisinin təchizatı dayandırılmış abonentlərin  borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

           
Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı