Modern.az

“Qarabağ” heç-heçə edib yarımfinala yüksəldi

“Qarabağ” heç-heçə edib yarımfinala yüksəldi

Aktual

20 Dekabr 2018, 21:42

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Modern.az xəbər verir ki, keçiriləcək iki oyunla yarımfinala yüksələcək növbəti cütlük bəlli olub.

Premyer Liqamızın debütantı "Sabah" "Əlincə Arena"da "Qəbələ"ni qəbul edib. Çempionatda işləri yaxşı getməyən Qəbələ təmsilçisi ilk oyunda olduğu kimi cavab görüşündə də eyni hesabla qalib gəlib - 1:0. Bununla da "Qəbələ" yarımfinala yüksəlib.

Günün digər oyununda isə "Qarabağ" kubokun son qalibi "Keşlə"nin qonağı olub. İlk oyunda 1:0 hesabı ilə qalib gələn Ağdam klubu cütün favoriti hesab olunurdu. Görüş 1:1 hesabı ilə başa çatıb və bu, "Qarabağ"ın yarımfinala çıxmasını təmin edib.

Qeyd edək ki, ötən gün keçirilən iki cavab oyunundan sonra "Zirə" və "Sumqayıt" adını yarımfinala yazdırıb.  “Qarabağ” yarımfinalda “Qəbələ”, “Zirə” isə “Sumqayıt”la qarşılaşacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj