Modern.az

Qəzada iki qardaş xəsarət aldı

Qəzada iki qardaş xəsarət aldı

Aktual

20 Dekabr 2018, 22:12

Sabirabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Salmanlı kəndində qeydə alınıb.

“Mercedes” markalı avtomobillə motosikletin toqquşması nəticəsində Salyan rayonunun Çuxanlı kənd sakinləri - 1972-ci il təvəllüdlü Mirzəyev Rauf Abdulhəsən oğlu və onun 1968-ci il təvəllüdlü qardaşı Mirzəyev Seymur Abdulhəsən oğlu xəsatər alıb. Onların hər ikisi motosikletdə olub.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj