Modern.az

Azərbaycan nefti cüzi bahalaşdı

Azərbaycan nefti cüzi bahalaşdı

Aktual

20 Dekabr 2018, 23:44

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 19-da 59,2 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,6 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 19-da 57,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,57 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 19-da 54,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,95 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 19-da 55,83 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,35 dollar/barel çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj