Modern.az

Cəzalandırılan sürücülər cərimələri poçt şöbələrində ödəməyə başladılar

Cəzalandırılan sürücülər cərimələri poçt şöbələrində ödəməyə başladılar

Təhsil

17 Noyabr 2011, 16:38

“Azərpoçt”MMC-nin poçt şöbələrində Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən tətbiq olunan bütün cərimələrin ödənilməsinə başlanılıb. “Azərpoçt” MMC-dən Modern.az-a verilən məlumata görə, vətəndaşların rahatlığı naminə həyata keçirilən bu əməliyyat Mərkəzi Bankın Kütləvi ödənişlər üzrə Mərkəzləşdirilmiş sistemi vasitəsi ilə baş tutur. Qeyd edək ki, cərimə ödənilən zaman sürücülük vəsiqəsinin seriyası və nömrəsi (misal: AB346672) əməliyyatçı tərəfindən sistəmə daxil edilir.

Əvvəllər bank şöbələrində cərimə ödəməyə məcbur olan sürücülər bankların filiallarının az olması səbəbindən əlavə problemlərlə üzləşirdilər. “Azərpoçt”MMC-nin isə geniş poçt şəbəkəsinə malik olması onu birincinin üstələməsinə geniş imkanlar yaradıb və bu yol polisinin cərimələrinin ödənişində də özünü göstərir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama