Modern.az

Bu gün ölkədə ən uzun gecə müşahidə ediləcək

Bu gün ölkədə ən uzun gecə müşahidə ediləcək

Aktual

21 Dekabr 2018, 22:25

Bu gün ölkədə ən uzun gecə müşahidə ediləcək. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib.

 

Onun sözlərinə görə, dekabrın 21-dən 22-ə keçən gecə Azərbaycanda ən uzun gecə, dekabrın 22-i də isə ən qısa gündüz olacaq.

 

X.Mikayılov bildirib ki, həmin vaxtdan başlayaraq, 6 gün ərzində - dekabrın 21-dən 27-dək ölkə ərazisində gecələrin uzunluğu bərabər olacaq, eləcə də o günlərdə gündüzlərin uzunluğu bərabər olacaq. Həmin müddətdə gecələrin uzunluğu 14 saat 43 dəqiqə, gündüzlərin uzunluğu 9 saat 17 dəqiqə olacaq.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı