Modern.az

İlham Əliyev Yaponiya imperatorunu təbrik etdi

İlham Əliyev Yaponiya imperatorunu təbrik etdi

Aktual

22 Dekabr 2018, 17:39

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya təbrik məktubu göndərib.

Modern.az xəbər verir ki, təbrikdə deyilir: "Əlahəzrət, ölkənizin milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülh və rifah arzulayıram".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı