Modern.az

İlham Əliyev Qəbələyə - Nic kəndinə gedib

İlham Əliyev Qəbələyə - Nic kəndinə gedib

Təhsil

18 Noyabr 2011, 11:34

Prezident İlham Əliyev Qəbələ rayonuna səfər edib. Modern.az saytı AzərTac-a istinadən xəbər verir ki, Prezident Qəbələ şəhərinin mərkəzində ucaldılan Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev Qəbələ rayonunun Nic qəsəbəsindəki 2 nömrəli tam orta məktəbinin açılışında iştirak edib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Prezidentə məlumat verilib ki, məktəbin yeni binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. Məktəbin 1930-cu ildə tikilib əvvəlki binası son dövrdə tamamilə yararsız vəziyyətə olub. Təhsil ocağının yeni binasının tikintisinə bu ilin aprelində başlanılıb. Bunun üçün ayrılan  bir hektar ərazidə qısa müddətdə müasir standartlara cavab verən məktəb binası inşa olunub. 

 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama