Modern.az

Parisdəki aksiyaya 38 600 insan qatıldı: 81 nəfər saxlanıldı

Parisdəki aksiyaya 38 600 insan qatıldı: 81 nəfər saxlanıldı

Dünya

23 Dekabr 2018, 00:16

Parisdə polis Yelisey çölləri prospektinə toplaşmış “sarı jilet”lərin aksiyasını gözyaşardıcı qaz və su şırnağının köməyi ilə dağıdıb. Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi ölkə üzrə etiraz aksiyalarına 38 min 600 nəfərin qoşulduğunu bildirib. Ötən şənbə isə aksiyaçıların sayı 66 min olub.

Dindirilən nümayişçilərin sayı 220 olub ki, onlardan 81-i müvəqqəti saxlanılıb.

Etiraz aksiyaçıları Fransanın Belçika, İtaliya və İspaniya ilə sərhədlərinə toplaşaraq yolları bağlayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu