Modern.az

Türkiyədən Suriyaya 300 min qaçqın qayıdıb

Türkiyədən Suriyaya 300 min qaçqın qayıdıb

Dünya

23 Dekabr 2018, 00:36

Suriyaya "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatlarından sonra Türkiyədən 300 minə yaxın qaçqın qayıdıb. Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

Süleyman Soylunun sözlərinə görə, keçmişdə Türkiyə miqrantların təyinat nöqtəsi olub, amma indi həmçinin onların tranzit nöqtəsinə çevrilib.

 

Nazir qeyd edib ki, 2018-ci ilin əvvəlindən Türkiyədə 251794 qeyri-leqal miqrant saxlanılıb. Bu isə ötən illə müqayisədə 56 faiz çoxdur: "Hazırda Türkiyədə 4,5 milyon qaçqın var".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu