Modern.az

Deputat: “Sosial məsələlərin həlli bizim üçün prioritetdir”

Deputat: “Sosial məsələlərin həlli bizim üçün prioritetdir”

Təhsil

18 Noyabr 2011, 12:16

Milli Məclisin deputatı Novruz Aslanovun qərargahından bildirlib ki, millət vəkilinin fəaliyyətinin prioritet istiqamətlərindən biri də seçicilərlə işdir.
“Bu məqsədlə millət vəkili müntəzəm olaraq seçildiyi İsmayıllı rayonuna səfərlər edir, seçiciləri ilə görüşlər keçirir. Hər həftə rayona səfər edən Novruz Aslanovun qəbuluna gələn sakinlər sərbəst şəkildə deputatla görüşə bilir. Belə görüşlər zamanı bir çox məsələlər yerindəcə həllini tapır, digər həlli zaman tələb edən məsələlər icraata götürülür və əlaqədar strukturlara müraciətlər edilir”.
  
Növbəti belə səfərlərdən bir də noyabrın 17-də baş tutub. Millət vəkili Novruz Aslanov İsmayıllı rayon mərkəzində yerləşən ofisində seçicilərin   qəbulunu keçirib. Qəbula gələn sakinlər  əsasən sosial yönümlü məsələləri qaldırıblar. Deputat “sosial məsələlərin həlli bizim üçün prioritetdir. Bu istiqamətdə dövlət başçısının kifayət qədər fərman və sərəncamları mövcuddur. İlbəil bu sahənin inkişafına ayrılan vəsaitlər artım tempinə görə digər sahələri üstələyir. Bundan sonra da bu sahə diqqət mərkəzində olacaq” ”-deyə bildirib. 

N.Aslanova yardımlarla bağlı məsələlər də müraciətlər sırasında yer alıb. Müxtəlif məqsədli yardımların edilməsi üçün deputat öz tapşırıqlarını verib.   

“Məlumat üçün bildirək ki, Novruz Aslanovun 1 illik deputatlıq fəaliyyəti barədə ənənəvi «Hesabat» toplusu çap olunub və müvafiq qurumlara təqdim edilməsi üçün işlər gedir. Maraqlananlar İsmayıllı rayonunda deputatın qərargahına müraciət edə bilərlər”-deyə deputatın qərargahından bildirlib.





Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama