Modern.az

Biləsuvarda qəza: yaralılar var

Biləsuvarda qəza: yaralılar var

Aktual

23 Dekabr 2018, 11:20

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Bakı istiqamətində hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Bakı şəhər sakinləri, 1962-ci il təvəllüdlü Tarverdiyeva Yeganə Rafiq qızı və 1984-cü il təvəllüdlü Əliyeva Sevinc Mais qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır

 

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj