Modern.az

Dövlət qulluqçuları hər gün gimnastika ilə məşğul olacaqlar

Dövlət qulluqçuları hər gün gimnastika ilə məşğul olacaqlar

23 Dekabr 2018, 14:43

Özbəkistanın dövlət təşkilatlarının əməkdaşları bundan sonra hər gün iş yerində gimnastika ilə məşğul olacaqlar.

 

Modern.az AzərTAc-a istinadən xəbər verir ki, Özbəkistan prezidentinin imzaladığı fərmana əsasən dövlət qurumları həftədə bir gün “Sağlamlıq günü” keçirməlidirlər. 

 

Həmin gün əməkdaşlar qaçış, üzgüçülük, futbol, basketbol, tennis və s. kimi fiziki-kütləvi tədbirlərdə iştirak etməlidirlər. 

 

Sənəddə bildirilir ki, bundan sonra dövlət qurumları öz aralarında mütəmadi olaraq müxtəlif yarışlar keçirməlidirlər.

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj