Modern.az

Bağlanan restoranlar haqqın yoluna qayıtmağa qərar verib - Nazirlik

Bağlanan restoranlar haqqın yoluna qayıtmağa qərar verib - Nazirlik

23 Dekabr 2018, 15:16

“Restoranların bağlanması məhkəmənin qərarına əsasən həyata keçirildiyi kimi, onların yenidən fəaliyyət göstərməsi də məhkəmənin qərarına  bağlıdır. Əgər normalara cavab verirsə, bu zaman restoran rəhbərliyi məhkəməyə müraciət edib fəaliyyətini yenidən bərpa edə bilər. Təbii ki, restoranın yenidən fəaliyyəti üçün məhkəmə qərar verir”.

 

Bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib.

 

Qurumun rəsmisi restoran rəhbərləri tərəfindən edilən müraciətlərdən də söz açıb.

 

“Növbəti həftə məsələ ilə daha yaxından tanış olacağıq. Bağlanan restoran rəhbərliyi nazirliyin əməkdaşları olaraq bizə də müraciət edirlər. ETSN-nin iradları ilə razılaşdıqlarını və qüsurları aradan qaldırdıqlarını söyləyirlər. Bildirdiklərinə görə, artıq tüstüboğucu qurğular da quraşdırıblar. Sadəcə, prosesi məhkəmə orqanları həyata keçirdiyi üçün hər hansı cavab verə bilmirik. Təbii ki, buna məhkəmə orqanları qərar verəcək”.

 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir neçə aydır  Bakı, Sumqayıt, Gəncə və Abşeron yarmadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən  iaşə obyektlərinin monitorinqini aparır.

 

ETSN tərəfindən verilən vaxtdan bu günə qədər 223 iaşə obyektində müasir standartlara cavab verən qurğu quraşdırılıb.

 

"Özkardeşlər" və "Qızıl balıq"  restoranları isə artıq məhkəmənin qərarı ilə bağlanıb.

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj