Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, C. Hacıbəyli və A.Bakıxanov küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar hazırda A.Bakıxanov küçəsində nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir.
Məlumata görə, təmir işləri ilə əlaqədar R.Behbudov küçəsindən C.Hacıbəyli küçəsi istiqamətində A.Bakıxanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.