Türkiyədə uzun müddətdir axtarışda olan PKK terrorçusu Adnan Sav təslim olub. Modern.az xəbər verir ki, terrorçu təhlükəsizlik qüvvələrinin Şırnakda keçirdiyi əməliyyatlar zamanı təslim olub.
Adnan Savın "boz kateqoriya"da yer aldığı və başına 300 min lirə mükafat qoyulduğu qeyd edilib.
Artıq Şırnak polisi Adnan Savla bağlı istintaq tədbirlərinə başlayıb.