Sumqayıt şəhəri Təzə Kotec qəsəbəsinin 5 sakini balıqdan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Daxili işlər Nazirliyindən Modern.az saytına verilən məlumata görə, noyabrın 18-də Sumqayıt şəhəri Təzə Kotec qəsəbəsi ərazisindən, qəsəbə sakinləri Rəşad Hacıyev, onun oğlu 3 yaşlı Ərşad, İlkin Ələkbərov, Şəhanə İbadova və onun bacısı Gülbanu yedikləri balıqdan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onların vəziyyətləri orta ağırdır.
Modern.az