Modern.az

ABŞ böyük dağıdıcı gücə malik aviabombanın sınağını keçirdi - VİDEO

ABŞ böyük dağıdıcı gücə malik aviabombanın sınağını keçirdi - VİDEO

23 Dekabr 2018, 23:13

ABŞ çox böyük dağıdıcı gücə malik aviabombanın sıqağını keçirib. Modern.az xəbər verir ki, internetdə sınaqların videosu yayılıb.

 

Söhbət GBU-57 Massive Ordnance Penetrator (MOP) bombasından gedir. ABŞ Hərbi Hava Qüvvələrinin B-2 bombardmançı təyyarəsi iki ədəd bombanı Missuri ştatında yerləşən poliqona atıb.

 

GBU-57 bombasının çəkisi 13,6 tondur. Bomba 61 metr yerin dərinliyində effektivdir və qalınlığı 19 metrlik olan betonu dağıda bilir.

 

GBU-57 2007-ci ildə “Boeing” şirkəti tərəfindən hazırlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu