Biləsuvarda yanğın qeydə alınıb. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Bəydili kəndində ümumi sahəsi 480 m² olan ikimərtəbəli 10 otaqlı evin birinci mərtəbəsində 2 otağın döşəməsi 60 m² sahədə və tavanı 100 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.