Fələstinin Kənd Təsərrüfatı naziri Süfyan Sultan Rəmallah şəhərində İsrail əsgərləri tərəfindən girov götürülüb. Modern.az xəbər verir ki, Əl-Xəlil şəhərinə gedən nazir silahla təhdid edilərək Rəmallah yaxınlığında Asaf yəhudi qəsəbəsinə aparılıb.
İsrail əsgərləri naziri təhqir edib, onun maşınını yoxlamadan keçiriblər.
Məlumata görə, avtomobildəki xüsusi xəbərdarlıq cihazı müsadirə edildikdən sonra Sultan sərbəst buraxılıb.