Bu gün “Hilton” otelində Azercell 3G Max-ın təqdimatını keçirib. Mərasimdə Azercellin prezidenti Ali Ağan və Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov iştirak edib.
Modern.az xəbər verir ki, mətbuat konfransında elan olunub ki, 3G-nin tətbiqi ilə əlaqədar Azercell internet tariflərini 60 faiz endirib. Bununla yanaşı, İnternetin sürəti də artıb. Artıq abonentlər rahatlıqla 21 Mb/s sürətilə internetdən istifadə edə bilirlər.
Ən mühüm xəbərlərdən biri də odur ki, videozənglərlə adi səsli zənglərin qiymətində fərq yoxdur, qiymət eynidir. Həm də 3G xidmətlərindən respublikanın hər yerində istifadə etmək mümkündür.
Mərasimdə jurnalistlər qarşısında Azercell təmsilçiləri mobil televiziya izləyiblər, Gəncədəki əməkdaşlarına video zəng ediblər.
Azercell-in rəhbəri Ali Ağan 3G ilə bağlı tezlik probleminin həll olunduğunu bəyan edib. O, jurnalistləri BB&TV şirkətiylə Azercell-in arasında yaranmış qalmaqala aid suallarına cavab verməyib.
3GMax tarif paketləri Azercellin saytına yerləşdirilib. Ayda maksimum 10 manat ödəməklə Azercell istifadəçiləri hər gün telefonda 8 kanaldan ibarət televiziyanı izləyə biləcəklər. 1GB tarif üçün 10 AZN ödəməklə ay ərzində yüz minlərlə səhifə açmaq, mahnı dinləmək, proqramlar yükləmək mümkündür. 30 manatlıq 15GB paketi ilə isə Azercell abonentləri ay ərzində 3 milyon səhifə aça bilərlər.
Lakin təqdimat mərasimindən sonra B&BTV-nin təmsilçilərə jurnalistlərə press-reliz yayıblar. Həmin məlumatda B&BTV-nin məlum tezliyi boşaltmadığı, işin hələ də məhkəmədə olduğu qeyd edilir.
Bu gün saat 12-yə qədər artıq 40 min abonent 3G-yə qoşulub.
Modern.az