Milli Məclisinin deputatı Fuad Muradovun Hesablama Palatasına müraciətlə “Azərnerji”nin fəaliyyətinə yenidən baxılması təklifi nəzərə alına bilər. Bu barədə Hesablama Palatasından məlumat verilib.
Qeyd edək ki, Milli Məclisin komitələrinin Azərbaycanın 2012-ci il dövlət büdcə layihəsinin müzakirəsinə həsr olnan birgə iclas zamanı millət vəkili Fuad Muradov “Azərenerji”nin fəaliyyətini tənqid edərək ölkədə son vaxtlar elektrik enerjisi ilə bağlı ciddi problemlərin yaşandığını və insanların işıq problemindən əziyyət çəkdiklərini bildirmişdi.
O, həmçinin qeyd etmişdi ki, hər il dövlət büdcəsindən kifayət qədər pul ayrılan “Azərenerji”nin fəaliyyətinə Hesablamalar Palatası yenidən baxmalıdır.
Hesablama Palatasından Modern.az saytına bildirilib ki, “Hesablamalar Palatası haqqında” Qanuna və Palatanın daxili nizamnaməsinə görə, qurumun iş planı tərtib edilərkən eyni zamanda deputatların sorğuları da nəzərə alınır.
“Əgər deputat sorğusu varsa, o zaman növbəti ilin iş planı hazırlanarkən bu nəzərə alına və yoxlama aparıla bilər”.
Aytən ƏLİYEVA