Əfqanıstanın paytaxtı Kabil şəhərində daha iki partlayış baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin İctimai İşlər Nazirliyi binasının qrşısında qeydə alınıb.
Şahidlərin məlumatına görə, partlayış nəticəsində 27 nəfər ölüb.
Bundan əvvəl həmin Nazirliyin qarşısında bir avtomobilin partladıldığı, sonra da bir qrup naməlum şəxsin ətrafa atəş açaraq içəri daxil olduqları, nəticədə dörd nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.