Modern.az

Serj Sərkisyan: “Qarabağda müharibə yenidən başlaya bilər”

Serj Sərkisyan: “Qarabağda müharibə yenidən başlaya bilər”

18 Noyabr 2011, 16:31

“Qarabağda hərbi əməliyyatlar başa çatsa da, onun yenidən başlanmasını istisna etmək olmaz”. Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, bu sözləri Ermənistan prezidenti Serj Sərkisyan bu gün keçirilən toplantıda bildirib. 
Sərkisyan qeyd edib ki, Qarabağ münaqişəsi yeni mərhələyə qədəm qoyub: “Münaqişə yeni mərhələyə qədəm qoyub. Biz hamımız bu mərhəldə mübarizə aparıb dünyaya haqlı olduğumuzu və mübarizəmizin ədalətli olduğunu sübut etməliyik”-deyə erməni dövlət başçısı vurğulayıb.    

Qeyd edək ki, bu gün İrəvanda bolqar rejissoru və ssenaristi Svetana Paskalevanın “Qarabağ yaraları” adlı sənədli filminin təqdimat mərasimi olub. 7 hissədən ibarət olan film separatçıların “müsəqillik mübarizəsinə” həsr olunub. S.Sərkisyan mərasimdə iştirak edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama