Modern.az

İlham Əliyev Bakıya Qəbələdə açılan yeni aeroportdan qayıdıb

İlham Əliyev Bakıya Qəbələdə açılan yeni aeroportdan qayıdıb

18 Noyabr 2011, 18:34

Prezident İlham Əliyev Qəbələ şəhərinə səfər edib. Modern.az xəbər verir ki, səfər  zamanı Prezident Qəbələ şəhər məscidinin yeni binasının tikinti işləri ilə tanış olub. Məscidin axundu dövlət başçısına müqəddəs Qurani-Kərim hədiyyə edib. Prezident  məscidin gələcək görüntülərini əks etdirən fotostendə baxıb. Məlumat verilib ki, Qəbələ şəhər məscidinin əvvəlki kiçik binası son dövrdə tamamilə yararsız vəziyyətdə olub.

Prezident İlham Əliyev tikinti işlərinin milli xüsusiyyətlər nəzərə alınmaqla aparılmasına dair tapşırıqlarını verib. 

Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində  “Qafqaz Sport Hotel”in açılışında da iştirak edib. Dövlət  başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib və turizm obyekti ilə yaxından tanış olub. 

İlham Əliyev Qəbələ Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.  Prezident  binanın idarəetmə məntəqəsi ilə tanış olub. Buradan rayon ərazisinə nəzarət etmək mümkündür. Fövqəladə hal baş verdiyi təqdirdə eyni anda rayonun Vəndam, Bum və Nic qəsəbələri ilə birbaşa videokonfranslar keçirmək imkanları var.
Dövlət başçısı  görülən işlərdən razı qaldığını bildirib, tapşırıq və tövsiyələrini verib.

Prezident İlham Əliyev noyabrın  Qəbələ Beynəlxalq Aeroportunun açılış mərasimində iştirak edib. Prezident mərasimdə çıxış edib. Daha sonra dövlət  başçısı aeroportun rəmzi açılışını bildirən lenti kəsib.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov beynəlxalq standartlara cavab verən Qəbələ aeroportu haqqında Prezident İlham Əliyevə məlumat verib. 

Prezident İlham Əliyev Qəbələ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 36 mənzilli binanın istifadəyə verilməsi mərasimində iştirak edib. Prezident mənzillərdə yaradılan  şəraitlə tanış olub. 
Prezident  Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüşüb, yeni mənzillərin orderlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib. 
Sonda xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev Qəbələdə su-limonad istehsalı zavodunun açılışında iştirak edib. Prezident İlham Əliyev zavodu işə salıb.

Prezident İlham Əliyevin  respublikamızın şimal-qərb bölgəsinə səfəri başa çatıb.

Dövlət başçısı yeni istifadəyə verilən  Qəbələ Beynəlxalq Aeroportundan Bakıya qayıdıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama