Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 20-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə yola düşəcək.
QMİ-dən bildirilib ki, səfərdən məqsəd Moskva və bütün Rusiya Patriarxı Kiril həzrətlərinin anadan olmasının 65-ci ildönümü ilə əlaqədar yubiley tədbirlərinə qatılmaqdır.
22 noyabradək davam edəcək səfər zamanı MDB Dinlərarası Şurasının həmsədri şeyxülislam Allahşükür Paşazadənin şuranın digər həmsədri - Patriarx Kirillə əlahiddə görüşü nəzərdə tutulur.
QMİ sədrinin, həmçinin, yubiley tədbirlərində iştirak edən Ümumgürcüstan Patriarx-Katolikosu II İliya ilə görüşü planlaşdırılır.
Modern.az