Milli Məclisdə “Milli Qanunvericilikdə Uşaq Hüquqları: reallıqlar və perspektivlər” mövzusunda ictimai müzakirələrdə millət vəkili Məlahət İbrahimqızı “Uşaq hüquqlarına yeni baxış” mövzusunda çıxış edib. Deputat qeyd edib ki, hazırda ölkəmizdə uşaq hüquqları ilə bağlı silsilə tədbirlər keçirilir:
“2005-ci ildən Milli Məclisin sədrinin birbaşa dəstəyi ilə Azərbaycan parlamenti beynəlxalq təşkilatlarla əməkdaşlığı yüksək səviyəyə qalxıb. Bu da qanunvericiliyimizin daha da təkmilləşdirməsinə xidmət edir”.
M.İbrahimqızı qeyd edib ki, Azərbaycanda uşaq hüquqları ilə bağlı aparılan siyasət bu sahədə problemlərin həllinin təminatçısıdır: “Bu sahədə görülən işlər göz qabağındadır. Problemlər müsbət yöndə həll olunur”.
Deputat bu sahədə görülən işlərlə bağlı danışarkən Heydər Əliyev Fondunun gördüyü işlərə diqqət çəkərək bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqlarla bağlı məsələlər həmişə diqqətdə saxlayıb.O, hər kəsin bunu özünə nümunə gütürməsinin vacibliyini vurğulayıb. M.İbrahimqızı bu sahə ilə bağlı müəyyən təkliflər də irəli sürüb. Qeyd edib ki, bu gün Azərbaycanda uşaq məsələləri ilə bağlı həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm Təhsil Nazirliyi, həm Daxili işlər Nazirliyi, həm Ailə, Qadın, Uşaq Dövlət Komitəsi, həm də digər dövlət strukturları məşğul olur. O bildirib ki, bu strukturların uşaq problemlərinin həlli ilə bağlı koordinasiyasına ehtiyacı var və koordinasiyanın zəifliyindən bəzən müəyyən məsələr ortaya çıxır.
Modern.az