Modern.az

Nazir gələn il pensiyaya çıxacaq şəxslərdən danışdı: “Onlara məlumat veriləcək”

Nazir gələn il pensiyaya çıxacaq şəxslərdən danışdı: “Onlara məlumat veriləcək”

Aktual

26 Dekabr 2018, 12:56

"2019-cu ildə pensiyaya çıxacaq şəxslərin 70 faizinin pensiya təminatı avtomatlaşdırılmış formada həyata keçiriləcək".

 

Modern.az "Report"a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərəfindən keçirilən "Azərbaycan sosial müdafiə sisteminin inkişafı: dünən, bugün və sabah" mövzusunda beynəlxalq elmi-praktik konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. 

 

O bildirib ki, 2019-cu ildən Azərbaycanda pensiya yaşı tamam olan, pensiya hüququ qazanan şəxslərin 70 faizi heç bir sənəd toplamadan, heç bir idarəyə getmədən doğum günündə pensiya təyinatını alacaqlar: "Ya sms, ya email, ya da məktub vasitəsilə onlara bu barədə məlumat veriləcək. Onlara pensiyalarının məbləği, hansı bankdan kartlarını götürə biləcəkləri barədə məlumat veriləcək. Gələn il digər 30 faiz güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərlə bağlı da qanunvericilik bazasının hazırlayacağıq".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR