Modern.az

Məhkəmə Müdafiə Nazirliyinə qarşı iddianı təmin etməyib

Məhkəmə Müdafiə Nazirliyinə qarşı iddianı təmin etməyib

19 Noyabr 2011, 12:37

Noyabrın 18-də Səbayel Rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin Müdafiə Nazirliyinə qarşı iddiasına dair məhkəmə proses keçirilib. Qeyd edək ki, “Yeni Müsavat” qəzeti 15 sentyabr 2011-ci il tarixində Türkiyənin Bakıdakı səfirliyinin “Anadolu” xəbər agentliyinə verdiyi və rəsmi şəkildə Müdafiə Nazirliyinə göndərdiyi faksın nazirlik tərəfindən uydurulduğunu və mətbuata ötürüldüyünü iddia edirdi.

Müdafiə Nazirliyi faksın həqiqətən Türkiyə səfirliyinin mətbuat xidməti vasitəsi ilə göndərildiyini təsdiq edən arayışı 14 noyabr 2011-ci il tarixində yenidən diplomatik korpusdan alaraq məhkəməyə təqdim edib. Səbayel Rayon Məhkəməsi “Yeni Müsavat” qəzetinin Müdafiə Nazirliyinə qarşı iddiasını təmin etməyib. Məlumat Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama