Modern.az

Prezident Kitabxanasında kitabxanaçılara treninq keçirilib

Prezident Kitabxanasında kitabxanaçılara treninq keçirilib

19 Noyabr 2011, 13:49

15-19 noyabr tarixlərində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Bakı, Gəncə, Quba və Hacıqabul şəhərlərinin kitabxana işinin avtomatlaşdırılması və informasiya texnologiyalarının tətbiqi sahəsinə məsul olan bir qrup mütəxəssislərinin respublika treninqi keçirilib. Treninqdə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq  respublika kitabxanaların dünya informasiya    məkanına  inteqrasiyası işini sürətləndirmək məqsədilə  onlarda müasir tələblərə cavab verən elektron kataloq, elektron resurs və veb saytın təşkili, internetə çıxışı və sair mövzullarda təlimlər keçirilib, qabaqcıl təcrübə nümünələri  təhlil edilib, kitabxana-informasiya xidmətinin müxtəlif aspektləri üzrə  müzakirələr  aparılıb.

Treninqin sonunda iştirakçılara Mədəniyyət və Turizm nazirliyinin və Prezident Kitabxanasının birgə sertifikatları təqdim olunub, belə təlimlərin faydalı olduğu vurğulanıb və mütəmadi olaraq keçirilməsi qərara alınıb. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama