Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi və Azərbaycan Mətbuat Şurası «Olimpiya dünyası» qəzetinin 10 illik yubileyi ilə bağlı «dəyirmi masa» keçirəcək. Tədbir sabah - noyabrın 21-də saat 12.00-da Şuranın ofisində baş tutacaq.
Toplantıya hər iki qurumun təmsilçiləri, ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycanın idman ictimaiyyəti xadimləri qatılacaqlar.
«Dəyirmi masa»da Milli Olimpiya Komitəsinin orqanı olan «Olimpiya dünyası»nın ötən müddətdəki fəaliyyətinə nəzər salınacaq, nəşrin respublikada olimpiya hərəkatının inkişafında və idmanın kütləviləşməsinin təbliğindəki rolu müzakirə olunacaq. Tədbirdə həmçinin ölkədə idman jurnalistikasının inkişaf xüsusiyyətləri nəzərdən keçiriləcək, mövcud sahədəki problemlər və perspektiv vəzifələr ətrafında fikir mübadiləsi aparılacaq.
Modern.az