Modern.az

6 bıçaq zərbəsi alan Rafiq Tağı xəstəxanada danışıb (FOTO)

6 bıçaq zərbəsi alan Rafiq Tağı xəstəxanada danışıb (FOTO)

Ölkə

20 Noyabr 2011, 15:22


Noyabrın 19-da işdən evə gedərkən yolda naməlum şəxs tərfindən bıçaqlanan yazıçı Rafiq Tağının üzərində aparılan cərrahiyyə əməliyyatından sonra onin vəziyyəti bir qədər stabilləşib. Modern.az-ın məlumatına görə, əməliyyatdan sonra özünə gələn Rafiq Tağı əl hərəkətləriylə həkim və jurnalistlərə hadisənin necə baş verdiyini anlatmağa çalışıb. O əl işarələriylə bildirib ki, ona bir nəfər bıçaqla 6 zərbə vurub.

“Rafiq Tağının sinəsinə sıxdığı kitab onun ürəyinə yönələn zərbəni yayındırıb. Bıçaq kitaba dəyib, kitabı keçib, ürəyinə çatmayıb. Niyyət Rafiq Tağını məhv etmək olub, bu, təşkil olunmuş məsələdir.Yazıçını kitab xilas edib!”.
Bu sözləri xəstəxanada Rafiq Tağıya baş çəkən “Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu bildirib. O, deyib ki, Rafiq Tağıya sui-qəsd edənlərlə bağlı aliə üzvləri Baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova muraciət ediblər.

”Azadlıq” radiosunun xəbrinə görə, Rafiq Tağının həyat yoldaşı və oğlu yazıçının bıçaqlanmasıyla bağlı polisə ifadə verirlər.   
Rafiq Tağının qardaşı isə deyib ki, əməliyyatdan sonra yazıçının vəziyyəti nisbətən yaxşılaşıb. O həkimlərdən xəstəxanadan nə vaxt çıxarılacağını soruşub.

1 saylı Bakı Klinik xəstəxanadında Rafiq Tağının cərrahiyyə əməliyyatında iştirak edən cərrah Abbas Abbasov bildirib ki, Rafiq Tağının vəziyyəti kifayət qədər ağırdır. Bunun əsas səbəblərindən biri odur ki, xəstə çoxlu qan itirib, çünki hücumdan sonra özü evə gəlib, telefonla danışıb və bütün bu müddət ərzində bədənində güclü qanaxmalar olub. 

Cərrah deyib ki, əməliiyat çox gərgin olub. Çünki xəstənin bədənində 6 bıcaq deşiyi var. Bu yaralar kifayət qədər ağır zədələr törədib. Onun 2 qabırğası sınıb, mədəsi, diafraqması zədələnib, dalağını isə ümumiyyətlə çıxartmağa məcbur olublar. Rafiq Tağının vəziyyətinin ağır olduğunu bildirən A.Abbasov, daha çox diafraqmanın zədələnməsindən qayğılandığını deyib. "Onu suni nəfəs sistemindən ayırandan sonra vəziyyətə daha aydın qiymət vermək mümkün olacaq" - deyə Abbasov əlavə edib.

İxtisasca həkim olan Rafiq Tağı Azərbaycanda tanınmış yazıçılardandadır. Onun publisistik yazıları dəfələrlə cəmiyətdə ciddi polemikalara səbəb olub.


***
Əlaqəli yazı:

Yazıçı Rafiq Tağını bıçaqlayıblar -  //modern.az/articles/18763/1/


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər