Noyabrın 20-də Beynəlxalq Qadınlar Klubunda (BQK) Azərbaycanda işləyən xarici mütəxəssislərin, diplomatların, neft və inşaat şirkətlərinin işçilərinin xanımları və Azərbaycan xanımlarının birgə təşkilatçılığı ilə köməyə ehtiyacı olan insanlara yardım məqsədilə sərgi keçirilib. Modern.az saytı xəbər verir ki, sərgidə əl işləri numayiş etdilib. Mərasimdə bildirilib ki, əl işlərinin satışından yığılan pullar kimsəsiz uşaqlara sərf olunacaq. BQK-nin vitse-prezidenti, Texniki Universitetin dossenti Gülarə Muradova bildirib ki, bu cür tədbirləri keçirməkdə məqsəd Azərbaycanda fəaliyət göstərən xarici mütəxəssislərin xanımlarını daha yaxından tanımaq, eyni zamanda ehtiyacı olanlara yardım göstərməkdir. Gülarə Muradovanın sözlərinə görə, sərgidə yığılan vəsait hesabına kimsəsiz uşaqlar üçün hədiyələr alınacaq. Sərgidə nümayiş etdirilən şirniyyatların çoxu əcnəbi xanımların özləri hazırlayıblar.
Mail Ağaxanov