Modern.az

Bakıda 44 məzun qızıl və gümüş medala layiq görülüb  

Bakıda 44 məzun qızıl və gümüş medala layiq görülüb    

Aktual

28 Dekabr 2018, 09:38

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 44 məzunu başa çatmaqda olan 2018-ci ildə qızıl və gümüş medallarla təltif olunub.

İdarədən Modern.az-a bildirilib ki, XI sinif məzunlarından 42-si qızıl, 2-si gümüş medala layiq görülüb. Onlar ümumi təhsildəki xüsusi nailiyyətləri və 2017-2018-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq, qızıl və gümüş medalla təltif ediliblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım