Modern.az

Milli Məclisin deputatlarına təklif var - Əli Kərimlinin müavinindən

Milli Məclisin deputatlarına təklif var - Əli Kərimlinin müavinindən

20 Noyabr 2011, 23:38

AXCP sədrinin müavini Razi Nurullayev Azərbaycan parlamentarilərinin internetdən daha fəal istifadə etməsinin və seçicilərinin suallarına cavab verməsinin vacibliyini vurğulayıb. O deyib ki, “internet insanlar arasında daha asan ünsiyyət vasitəsidir. İnternet vətəndaşlar və məmurlar arasında bir körpü rolunu oynaya bilər və demək olar ki, bütün sədləri aradan qaldırmaq iqtidarındadır. Elektron hökumət layihəsi çərçivəsində deputatlarla seçicilər arasında olan sədd də aradan qaldırılmalıdır. Seçici deputatına istənilən sualı vermək və cavab almaq hüququna malikdir. Bunun üçün də sosial şəbəkə statusu daşıyan FormSpring platformasından istifadə oluna bilər (www.formspring.com). 

Artıq bir çox ölkələrin məşhur siyasətçiləri, parlament üzvləri və rəsmi şəxsləri bu platformada səhifələrini yaradaraq, canlı rejimdə vətəndaşların suallarını cavablandırırlar. Bu platforma, sanki, məhz elə belə bir məqsəd üçün yaradılıb. Mobil operatorlar tərəfindən sürətli 3G texnologiyasının tətbiqi də belə bir xidmətin hamı üçün əlçatan olmasına şərait yaradır”.

R.Nurullayevin sözlərinə görə bir çox parlament üzvləri seçicləri qarşısında hesabatlılıq daşımırlar. Seçicilər problem və təkliflərinin parlament tribunasında qaldırılması arzusundadırlar. Əlbəttə, ayrı-ayrı seçicilərin sosial problemlərini həll etmək parlament üzvlərinin səlahiyyətinə daxil deyil. Amma, vətəndaşların elə problemləri var ki, onlar ictimailəşməlidir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama