Modern.az

Deputatlar büdcə müzakirələrində iştirak edə bilməyəcəklər

Deputatlar büdcə müzakirələrində iştirak edə bilməyəcəklər

Parlament

21 Noyabr 2011, 09:27

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin vitse-prezidenti Asəf Hacıyev qurumun 38-ci plenar iclasında iştirak etmək üçün noyabrın 20-də Albaniyanın Tirana şəhərinə səfər edib.

Məlumat Modern.az saytına Milli Məclisin mətbuat xidmətindən daxil olub.

İclasda “İnformasiya və kommunikasiya texnologiyaları – davamlı iqtisadi inkişafa yardım” mövzusunda məruzələr dinləniləcək, quruma üzv ölkələrdə vergi sisteminin təkmilləşdirilməsi, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə dair müqavilələrin yerinə yetirilməsi,  fasiləsiz təhsil sistemi ilə bağlı müzakirələr keçiriləcək və bir sıra təşkilatı məsələlərə baxılacaq.
Deputatımız tədbirdə səsləndiriləcək məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər noyabrın 23-də başa çatacaq.

Milli Məclisin deputatları Asim Mollazadə, Mirkazım Kazımov və Ceyhun Osmanlı da noyabrın 20-dən Argentinanın Buenos Ayres şəhərində səfərdə olacaqlar.
Millət vəkilləri ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş “Azərbaycan regional və qlobal siyasətdə” mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər.

Səfər noyabrın 26-da başa çatacaq.

٭  ٭  ٭

Milli Məclisin deputatı Asim Mollazadə noyabrın 26-dan Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaq.
Millət vəkili Avronest Parlament Assambleyasının Belarusiya üzrə işçi qrupunun iclasında iştirak edəcək. Tədbirdə bu dövlətin qurumun işinə fəal qatılmasının perspektivləri müzakirə ediləcək.

 Səfər noyabrın 30-da başa çatacaq.

Qeyd edək ki, sabahdan başlayaraq Milli Məclisdə gələn ilin büdcə zərfi müzakirə olunacaq. Adları çəkilən deputatlar bu müzakirələrdə iştirak edə bilməyəcəklər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR