Modern.az

Samir Əliyev milli komandanın baş məşqçisi oldu

Samir Əliyev milli komandanın baş məşqçisi oldu

Aktual

28 Dekabr 2018, 19:17

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasınıni baş məşqçisi postunda dəyişiklik olub. Modern.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma Samir Əliyevə tapşırılıb. O, Vüqar Məmmədi əvəzləyib. Təyinat AFFA-nın Məşqçilər Komitəsinin təqdimatı əsasında baş katibliyin birgə müzakirələri nəticəsində reallaşıb.

 

39 yaşlı mütəxəssis komandanı 2019-cu ilin oktyabr ayında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlayacaq.

 

Qeyd edək ki, S.Əliyev ötən mövsüm “Səbail”ə rəhbərlik edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım