Modern.az

Bakıda sərnişin avtobusu qəzaya uğradı

Bakıda sərnişin avtobusu qəzaya uğradı

Aktual

28 Dekabr 2018, 20:54

Bakıda aeroport yolunda yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, KİA markalı avtomobil hərəkətdə olarkən 160 saylı sərnişin avtobusunun qarşısına çıxıb və avtobus avtomobilə çırpılıb. KİA-dan qopan metal parçası arxadan gələn digər avtomobilə dəyib və həmin avtomobilin təkəri partlayıb.

 

Qəza nəticəsində xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım