Modern.az

1706 namizəddən 461-i uğur qazandı

1706 namizəddən 461-i uğur qazandı

Aktual

28 Dekabr 2018, 22:06

Dövlət qulluğuna qəbul olmaq üçün inzibati icraçı vəzifələr (B növü) üzrə dekabrın 23-də keçirilmiş test imtahanında iştirak üçün qeydiyyatdan keçən (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanları nəticəsində ali təhsil müəssisələrinə qəbul olmuş) 1706 namizəddən 461 nəfər (27%) uğur əldə edib. DİM-dən Modern.az-a verilən məlumata görə, imtahanda iştirak üçün qeydiyyatdan keçənlər (1706 nəfər) üzrə ali təhsil ixtisasları iqtisadiyyat və idarəetmə ixtisaslar qrupuna aid namizədlər çoxluq ( 564 nəfər – 33,1%) təşkil edir. Ən çox uğur qazananlar da bu ixtisaslar qrupunun məzunlarının payına düşür – 173 nəfər (10.1%).

Ali təhsil ixtisasları mədəniyyət və incəsənət ixtisasları qrupuna aid imtahanda iştirak edən namizədlərin sayının (22 nəfər) faiz göstəricisi imtahanda iştirak üçün qeydiyyatdan keçənlərin ümumi sayına (1706 nəfər) nisbətdə təxminən 1.3% təşkil edir ki, bu da iştirakçı sayına görə ən aşağı göstəricidir.

İmtahanda iştirak üçün qeydiyyatdan keçənlər (1706 nəfər) üzrə ali təhsil ixtisası hüquqşünaslıq olan namizədlər çoxluq (120 nəfər - 7%), ali təhsil ixtisası dizayn olan namizədlər isə azlıq (6 – 0.04%) təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım